Xüsusilə dondurulmuş ərzaqların üzərində bəzi don və ya buz kristallarının olması normaldır. Bunun səbəbi qidanın özündə və ya dondurucunun içində olan nəmdir. Aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Ərzaqları düzgün saxlayın
Dondurucuya yerləşdirilən yeməklər ümumiyyətlə cihazın daxili istiliyindən daha isti olur. Ərzaqlar soyuduqda qidadakı kondensasiyanın don və ya buz kristallarına çevrilməsi normaldır. Bunun qarşısını almaq üçün qidaları hava keçirməyən, dondurmayan və nəmə davamlı qablarda və ya qablaşdırmada saxlayın.
Qapını çox tez-tez açmaqdan və uzun müddət açıq saxlamaqdan çəkinin
Dondurucu kameranının qapısını tez-tez açıb-bağladıqda, yaxud möhkəm bağlamadıqda, xaricdən daha isti hava cihazın içinə daxil ola bilər. İsti hava soyuq temperaturlu hava ilə təmasda nəmə çevrilir və buzlanma və qida üzərində buz kristallarının əmələ gəlməsi ilə nəticələnir.
Bunun qarşısını almaq üçün qapını geniş açmaq və uzun müddət açıq saxlamaq olmaz. Yeməyin və ya digər əşyaların qapıların bağlanmasına mane olmadığından əmin olun.
Qapı rezinlərində boşluqların, çatların və ya qırıqların olub-olmaığını yoxlayın
Bundan əlavə, qapı rezinlərini yoxlayaraq dolab ilə onların arasında boşluqların olub-olmadığına baxın. Hər hansı bir şey tapdığınız halda, barmaqlarınızla ehtiyatla qapıdan çəkərək qapı rezinini tənzimləyin.
Qapılar tam şəkildə bağlanmırsa, rezini yumşaq bez və ya süngər və isti su ilə təmizləməyə çalışın. Rezinlərə zərər verə biləcəyi üçün aşındırıcı təmizləyici vasitələrdən istifadə etməyin. Rezin boşalmış və ya çatlamışsa, onu təmir etmək və ya tamamilə dəyişdirmək lazımdır. Bu vəziyyətdən şübhələnirsinizsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.