Unutmayın ki, buzhazırlamaq vaxt aparır. Yeni quraşdırılmış və ya yenidən işə salınmış cihazın buz hazırlaya bilməsi üçün vaxt lazımdır.
Soyuducunuz hazırlaya biləcəyi buz miqdarı təlimat kitabçnızda qeyd edilib. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin. Cihazınız yeni deyilsə və ya yenidən aktivləşdirilməyibsə aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Su qovşaqlarını yoxlayın
Soyuducunuzun buz hazırlama qabiliyyətində azalma və ya nasazlıq müşahidə edirsinizsə, su qovşaqlarını yoxlayın. Bunlar modeldən asılı olaraq dəyişir. Su təchizatı qovşaqlarının necə və harada olduğunu görmək üçün cihazınızın istifadəçi təlimatındakı təlimatları izləyin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin. Bu əlaqələrin yerində və maneəsiz şəkildə olduğunu yoxlayın.
Buz hazırlayıcısının dolu olduğundan əmin olun
Əgər su təchizatı olmayan soyuducunuz varsa, buz hazırlayıcısına əlinizlə su tökməlisiniz. Su qabını yoxlayın və əgər boşdursa su əlavə edin.
Buz hazırlayıcısına maneə olub-olmaldığına baxın
Buz aparatının deşikləri bağlana bilər. Buz aparatından buz çıxmadıqda, buz dispenseri qovşaqlarında buzun olub-olmadığını yoxlayın.
Buz hazırlayıcısının işlək olduğuna əmin olun
Soyuducunuzun buz hazırlayıcısı söndürülmüş ola bilər. İşlək olub-olmadığını yoxlayın və lazım gələrsə işlək vəziyyətə gətirin. Buz hazırlayıcısını necə yoxlamaq və işə salmağa baxmaq üçün istifadəçi təlimatınıza nəzər salın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin.
Su qabının dolu olduğundan əmin olun
Soyuducunuzun su qabının dolu olduğuna əmin olun. Soyuducunuzun buz hazırlamaqdakı probleminin səbəbi su çatışmazlığı da ola bilər.
Dondurucu kameranın qapısını tez-tez açmaqdan və ya uzun müddət açıq saxlamaqdan çəkinin.
Soyuducunuz lazımmi miqdarda buz hazırlaya bilmək üçün dondurucunun içindəki havanı müəyyən bir temperaturda saxlamalıdır. Dondurucu kameranın qapısı tez-tez açılarsa və ya uzun müddət açıq saxlanılarsa dondurucu kameraya daxil olan isti hava daxildəki hava tempraturunu qaldıracaq. Bu, buzhazırlama prosesini ləngidə bilər.