Soyuducu bölmə qidaları dondurmamalı, yalnız soyutmalıdır. Qidalarınız donursa, aşağıdakilərdən birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
İstilik parametrlərini yoxlayın
Soyuducunuzun istilik tənzimləyicisi səhv parametrdə təyin edilə bilər. Təlimatınıza baxaraq məlumatları daxil edin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin.
Siferblatı saat əqrəbi istiqamətində çevirin və temperaturu təyin edin. Tövsiyə olunan temperatur soyuducu bölmə üçün 4 °C - 5 °C, dondurucu kamera üçün -18 °C -dir.
Qidaları havalandırma dəliklərinin qabağına yerləşdirməyin
Həssas qidalar yuxarı rəfdəki hava çıxışlarının qarşısına qoyularsa, asanlıqla dondurula bilər. Dondurulmaması üçün isə belə qidaların yerini dəyişdirin.
Daxili temperaturu dəqiq ölçün
Soyuducunuzdakı dəqiq temperaturu yoxlamanın ən yaxşı yolu dəqiq termometrdən istifadə etməkdir.
Termometri bir stəkan suya qoyun və soyuducu bölmənin içərisinə yerləşdirin. Dondurucuda olan temperaturu yoxlamaq üçün spirtin və ya bitki yağının içərisinə də termometr yerləşdirsəniz, eyni funksiyanı yerinə yetirəcək (çünki su donacaq).
Termometri bir müddət soyuducuda və ya dondurucuda saxlayın. Sonra termometrdə olan temperaturu oxuyun və soyuducu üçün təyin edilən temperatur ilə uyğun olduğundan əmin olun. Soyuducunuz lazım olduğundan daha soyuq və ya isti olması texniki problem göstəricisidir. Bu vəziyyətdə səlahiyyətli xidmət şirkətinə müraciət edin.