Soyuducunuzun su dispenserinin düzgün işləməməsinin bir neçə səbəbi var. Aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Su qabının doldurulduğundan əmin olun (suyun miqdarı ölçülə bilinməyən modellərdə)
Suyun miqdarı ölçülə bilinməyən modellər qablarından su axıdırlar. Cihazınızdan su almaq üçün qabı əl ilə doldurmalısınız.
Su qovşaqlarını yoxlayın (suyun miqdarı ölçüləbilən modellərdə)
Soyuducunuz suyun miqdarını ölçə bilən modeldirsə, su qovşaqlarındakı hər hansı maneə və ya qırılma soyuducunuzun su dispenserinin qabiliyyətinin azalmasına və ya sıradan çıxmasına səbəb ola bilər. Bunlar modeldən asılı olaraq dəyişir. Qovşaqların necə və harada olduğunu görmək üçün cihazınızın istifadəçi təlimatındakı təlimatlara nəzər salın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin. Bu qovşaqların düzgün olduğundan və maneə olmadığından əmin olun.
Su təchizatında fasilələrin olub-olmadığını yoxlayın
Suyun miqdarı ölçülə bilən soyuducular əsas su xətlərindən su axıdır. Evinizdəki kranlardan suyun axdığını yoxlayın. Lazım gələrsə, onu yandırın. Kranlardan hələ də su gəlmirsə, ixtisaslı sanitar-texnikdən kömək istəyin.
Su xəttində yığılmış havanı çıxarın
Su dispenseri ilk dəfə qoşulduqda və ya hər dəfə su filteri dəyişdirildikdə su xəttindəki sıxılmış havanın çıxarılması lazımdır.
Su dispenserinin altına böyük bir qab qoyun və qolu 5 saniyəlik aralıqlarla basmağa və buraxmağa başlayın. Su axmağa başlayana qədər bunu təkrarlayın. Su axmağa başladıqdan sonra ümumilikdə 15 litr su axana qədər dispenser qolunu basın və sərbəst buraxın. Bu, filterdən və su paylama sistemindən havanı təmizləyəcək və onu içməli, təmiz və şirin su ilə təmin edəcəkdir.
Su təzyiqini yoxlayın
Suyun miqdarı ölçülə bilən soyuducularda suyu boşaltmaq üçün kifayət qədər su təzyiqinə ehtiyac var. Su filterini çıxarın və cihazınızın suyu paylaya biləcəyinə baxın. Filteri çıxararkən cihazınızın istifadəçi təlimatına müraciət edin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.
Texniki problemləri nəzərdən keçirin
Problem davam edirsə, demək ki, soyuducunuzda texniki problem ola bilər. Bundan şübhələnirsinizsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.