Need more support?
Find FAQ's, video guides, articles and more.
Bir az ilhamlanmaq lazımdır?
Amerikan Stilli Soyuducular Bir Paltaryuyan Maşın Necə Qurulur Eat Like A Pro ReseptləriHeç bir nəticə tapılmadı!
Everything you need to know about
I need help with
Bütün soyuducular ətraf mühitin müəyyən temperatur aralıqlarında optimal şəkildə işləyir. Bu aralıqlara iqlim sinfi deyilir. Soyuducunuz tolerantlıq səviyyəsinə görə çox isti və ya çox soyuq yerdə daha az effektiv işləyəcəkdir. Üç iqlim sinfi və onlar üçün temperatur aralığı:
- Normalın altında olan SN +10 °C to +32 °C
- Normal N +16 °C-dən +32 °C-ə qədər
- Sub Tropik ST +18 °C to +38 °C
- Tropik T +16 °C to +43 °C
Bəzi Beko soyuducu dondurucuları siyahıda qeyd olunan iqlim siniflərindən daha aşağı temperaturda işləyə bilərlər. Beko soyuducu dondurucunuzun işləyəcəyi ən aşağı mühit temperaturunu görmək üçün istifadəçi təlimatına baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin.
Beko soyuducu modellərinin əksəriyyəti reversivdir. Cihazınızda belə qapıların olub-olmadığını yoxlamaq üçün istifadəçi təlimatına müraciət edin. Soyuducunuzun qapısının istiqamətini dəyişdirmək üçün istismar kitabçanızdakı təlimatları izləyin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin.
Soyuducu üçün tövsiyə olunan temperatur 4 °C ilə 5 °C arasında, dondurucu kamera üçün 18 °C –dir.
No-frost soyuducuların əl ilə buzlardan təmizlənməsinə ehtiyac yoxdur. Soyuducunuzda no-frost xüsusiyyəti yoxdursa, onu mütəmadi olaraq buzlardan təmizləməlisiniz.
Dondurucu bölmənin donduruculuq qabiliyyətini yoxlayın. Daxili divarlarda görünən don varsa, dondurucunuz lazımi temperaturu əldə etmək və ya saxlamaq üçün gərək olduğundan daha çox işləyə bilər. Belə olduğu halda dondurucu kameranı əl ilə buzdan təmizləməlisiniz.
Soyuducunuzun dondurucu kamerasını ayda təxminən bir dəfə və ya buzun qalınlığı 0,5 santimetrə çatanda buzdan təmizləməyiniz məsləhətdir.
Dondurucunuzun buzdan təmizlənməsi ilə bağlı daha ətraflı məlumat üçün istifadəçi təlimatınıza nəzər salın. İstifadəçi kitabçanızı tapmaqda çətnlik çəkirsinizsə, məhsulunuzun model nömrəsindən istifadə edərək buradan endirə bilərsiniz.
3 Zone No Frost və NeoFrost™ Dual Soyutma Texnologiyası olan Beko soyuducu dondurucuları buzun yığılmasının qarşısını alır, belə ki buzları əl ilə əritməyə ehtiyac qalmır. Avtomatik defrost funksiyasına keçildikdə cihazınızın daha uzun müddət işləyə biləcəyini unutmayın.
Başlamazdan öncə soyuducunuzun elektrik şəbəkəsindən çıxarılmasına və qapı rəflərinin boş olmasına diqqət edin. Soyuducunuzun modelindən asılı olaraq ya yuxarı rəzə vintləri boşalda və düzgün formaya qoyaraq bərkidə bilərsiniz, ya da qapılara bitişik birləşdirmə boltlarından istifadə edə bilərsiniz.
Qapıları şaquli vəziyyətdə bağlamaq üçün fiksasiya boltunu bərkidin. Boltu qapı istiqamətində fırladın. Nəhayət, fiksasiya boltunu son vəziyyətində bərkidin.
Qapıları üfüqi bağlamaq üçün fiksasiya boltunu yuxarıdan boşaldın. Boltu qapı istiqamətində fırladın. Fiksasiya boltunu son vəziyyətində bərkidin.
Soyuducu qapılarını dəyişməklə bağlı əlavə məlumat üçün istifadəçi təlimatınıza nəzər yetirin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin.
İdeal soyuducu tempraturu soyuducu hissəsi üçün 4 °C vəya 5 °C və dondurucu kamerası üçün -18 °C-dir.
Cihazınızdakı temperaturu yoxlamanın ən yaxşı yolu dəqiq termometrdir. Termometri bir stəkan suya qoyun və soyuducu bölməsinin içinə yerləşdirin.
Soyuducunun temperaturunu yoxlamaq üçün, termometri spirtin və ya bitki yağının içərisinə qoyaraq eyni şeyi təkrar edin (çünki su donacaq).
Soyuducunun qapısı açıq olduqda cihazın ətrafındakı isti və rütubətli hava içindəki daha soyuq və quru hava ilə birləşir. Bu, dondurucu kameranın daxili divarlarına yapışaraq çöldəki daha isti havanın su buxarının kondensasiya olmasına və daha sonra donmasına səbəb olur. Dondurucunuzun içində buz yığılması soyuducunuzun daha uzun müddət işləməsinə və performansının aşağı düşməsinə səbəb olacaq.
Buzları təmizləmək etmək üçün naqili elektrin şəbəkəsindən ayırın. Dondurucunun içərisinə ərimiş buzdan axan suyun altına qablar və dəsmal qoyul. Dondurucunun qapısını açıq saxlayın. Dondurucunuzun içinə bir qab isti su qoyaraq prosesi sürətləndirə bilərsiniz.
3 Zone No Frost və NeoFrost™ Dual Soyutma Texnologiyası olan Beko soyuducu dondurucuları buzun yığılmasının qarşısını alır, belə ki buzları əl ilə əritməyə ehtiyac qalmır. Avtomatik defrost funksiyası aktiv olanda cihazınızın daha uzun müddət işləyə biləcəyini unutmayın.
Elektrik kəsintisi zamanı qidalarınızı təhlükəsiz saxlamağın ən yaxşı yolu qapıları bağlı vəziyyətdə soyuducuda saxlamaqdır.
Beko soyuducuları elektrik enerjisi kəsildiyi təqdirdə qidanı 10 ilə 18 saat dondurulmuş formada saxlamaq üçün hazırlanmışdır. Bu, sərin torbalar istifadə etmək kimi digər üsullarla əldə edə biləcəyinizdən çox daha uzun müddətdir. Bu müddət ərzində qapını minimum az açmağa çalışın.
Soyuducunuzun qidanı dondurulmuş formada nə qədər müddət saxlaya biləcəyini dəqiq öyrənmək üçün istifadəçi təlimatınıza baxın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin.
Əgər elektrik enerjisinin kəsilməsi müəyyən edilmiş vaxtdan daha uzun sürərsə, unutmayın ki, siz dondurulmuş qidanı yenidən dondurmamalısınız.
Whether you need product advice, went to purchase accessories or simply want to give feedback - we're here for you.
(888) 352-2356 Monday through Friday 8 a.m. - 5:30 p.m. CSTFind FAQ's, video guides, articles and more.