Rəyləriniz üçün təşəkkür edirik
Bu məhsulu yalnız istəklər siyahınıza əlavə etdiniz.
Bu məhsulu yalnız istəklər siyahınızdan çıxardınız.
İstək siyahısına daha çox əlavə edə bilməzsiniz
İstək siyahısına daha çox əlavə edə bilməzsiniz
Müqayisənizi silmək istədiyinizə əminsiniz?
Davam edin
Yalnız eyni kateqoriyadan olan məhsulları müqayisə edə bilərsiniz.
Müqayisə etmək üçün sadəcə bir element çıxartdınız! Davam edin!
Müqayisə etmək üçün sadəcə bir element çıxartdınız! Davam edin!
Müqayisə siyahınız doldu!
Siz yalnız 1 məhsul əlavə etdiniz. Xahiş edirik ki, müqayisə etmək üçün daha çox məhsul əlavə edin

3 Min oxuyun

Soyuducunun enerji etiketini necə başa düşmək olar?

Soyuducunun enerji etiketini necə başa düşmək olar?
Soyuducunun enerji etiketini necə başa düşmək olar?

 

 

Enerji etiketləri məhsul barədə çoxlu faydalı məlumat əks etdirir. Orada hansı növ informasiyanın əks olunduğuna və onların nə məna ifadə etdiyinə yaxından nəzər salaq.

 

 

 

AB enerji etiketi nədir?

 

AB enerji etiketləri əksər məişət texnikası üçün Avropa Birliyi tərəfindən təyin olunmuş enerji səmərəlilik dərəcəsinin standartlaşdırılmış sistemidir. İlk AB enerji etiketləri məhsul üzərində 1994-cü ildə əks olundu. Həmin vaxtdan bəri, bir çox avadanlıq kateqoriyaları AB Enerji qaydalarına daxil edilib və etiketlər bir neçə dəfə yenilənib. 

 

AB enerji etiketlərinin əsas məqsədi iki yolla Avropada məişət texnikasının enerji istehlakını tamamilə azaltmaqdır: 

  1. İstehlakçılara aydın müqayisə kriteriyası təqdim etmək və onların daha çox enerji qənaətli məhsul seçməsini təmin etmək və 
  2. Şirkətləri daha çox enerji qənaətli məhsullara investisiya qoymağa yönəltmək. 

Enerji etiketləri cihaz barədə onun aylıq enerji istehlakı, səs-küy səviyyəsi və ya tutumu kimi çox əhəmiyyətli informasiyanı özündə əks etdirir. Bu kiçik etiket kağızları yeni soyuducu axtardığınız zaman nəzərə almalı olduğunuz hər şeyin xülasəsi kimidir.

 

 

 

Dondurucuların enerji etiketində nə qeyd olunur?

 

Dondurucular üçün AB enerji etiketləri belə olur və simvol və rəqəmlərin açıqlamaları belədir: 

 

Hər bir reytinq və rəqəmin hansı məna ifadə etdiyini daha detallı anlamaq üçün oxuyun.

 

 

 

01.

Enerji sinifi (A+++ dan A+a qədər)

 

2012-ci ildən bəri dondurucular ən azı A+ enerji reytinqi tələbini gözləməli idilər. Buna baxmayaraq, satıcıların stokda A və B reytinqli cihazları ola bilərdi. A+ pis olmasa da, A+++ cihazın işləməsi daha ucuz, ətraf mühit üçün daha yaxşı hesab olunur. 

 

Dondurucularda ölçü çox böyük fərq yaradır, belə ki, nə qədər böyük yeri soyuq saxlamaq ehtiyacın olsa, cihaz bir o qədər çox enerji sərf edəcək. Yer və elektrik enerjisindən ən səmərəli istifadə etdiyinizə əmin olmaq üçün həqiqətən ehtiyac duyduğunuz ölçünü seçdiyinizə əmin olun. 

 

 

 

02.

İllik enerji istehlakı (kVt/il)

 

Enerji sinfindən başqa, dondurucuların enerji etiketlərinin üzərində nəzərdə tutulan illik enerji istehlakının kVt ilə qarşılığını görə bilərsiniz.

 

Digər avadanlıqlarda bu rəqəmlər fərqli ehtimallar əsasında hesablanır, məsələn qabyuyan maşın standart yuma tsiklinə görə həftədə 5 dəfə işləyir.

 

Soyuducularda avadanlıq il boyu 7/24 işlədiyindən illik enerji istehlakı daha dəqiqdir. Elektrik enerjisi üçün nə qədər ödəniş etdiyinizi bilirsinizsə, onda cihazın il boyu işləmə xərcini asanlıqla hesablaya bilərsiniz.

 

 

 

03.

Soyuducu və dondurucunun saxlama tutumu (L)

 

Bu rəqəmlər olduqca aydındır. Onlar hər hansı bir soyuducunun soyuducu və dondurucu kameranın neçə litr tutumu olduğunu göstərir.

 

Bu rəqəmlər və onların nisbəti cihazın xüusiyyətlərinə görə dəyişə bilər. Soyuducu və dondurucu hissələri üçün 70/30, 60/40 və 50/50 nisbətində soyuducular tapmaq tamamilə mümkündür. Bu, sizin yemək və bazarlıq vərdişlərinizdən asılı olaraq nəzərə alınmalıdır. 

 

 

 

04.

Səs səviyyəsi (dB)

 

Son olaraq, dondurucuların enerji etiketində digər vacib reytinq dB ilə əks olunan səs-küy səviyyəsidir. Müasir dondurucular kifayət qədər səssizdir, amma 47 dB–dən yuxarı reytinqi olanlar artıq səsli hesab olunur. 60 dB-yə yaxınlaşarsa, deməli, səs reytinqi ortalama danışıq səviyyəsinə yaxınlaşır və təbii ki, heç kim cihazının onu həmişə belə narahat etməsini istəməz. 

 

 

 

Enerji səmərəliliyinə niyə diqqət eməlisiz?

 

2 əsas səbəbə görə:

 

1. Sizin məişət büdcəniz 

2. Ətraf mühit 

 

Yüksən enerji reytinqli dondurucular daha baha olmasına baxmayaraq, onlar daha az enerji sərf edir. Enerji səmərəli soyuducuya keçmək elektrik enerjisi xərclərinizi 50%-dək azalda bilər və bir neçə ilə ilin investisiyanı ödəyə bilərsiniz. 

 

Elektrik enerjisinin qiyməti bütün dünyada sürətlə artmaqdadır. Bizim həyat tərzimiz gündən-günə daha çox elektik enerjisi tələb edir, lakin resurslar getdikcə azalmaqdadır. Avropa Komissiyasına görə, sizin qənaətləriniz cihazınızın ömrünə 600€-ya qədər xeyir gətirə bilər. Və bu, zamanla artan qiymət artımını nəzərə almır.   

 

“Sadəcə bir soyuducu nə qədər fərq yarada bilər?” düşünə bilərsiniz. Bəli, bu məcmu səmərədir. Enerji səmərəliliyi resursların azaldığı və insan həyatının təbiət üzərində təsirinin artdığı bir vaxtda, heç zaman indiki qədər əhəmiyyətli olmamışdır. 

 

Əgər bütün Avropa soyuducularını enerjiyə qənaətli soyuducularla yeniləsəydi, hər il 4TVh (bu 4.000.000.000 kVh!) elektrik enerjisinə qənaət olunardı. Əlavə olaraq, hər il 1.5 milyon ton karbon dioksidin atmosferə buraxılmasının qarşısı alına bilərdi.(CO2)

 

 

Kimsə ilə məsləhətləşmək daha yaxşıdır?

Beko