Unutmayın ki, buzhazırlamaq vaxt aparır. Yeni quraşdırılmış və ya yenidən işə salınmış cihazın buz hazırlaya bilməsi üçün vaxt lazımdır.
Soyuducunuz hazırlaya biləcəyi buz miqdarı təlimat kitabçnızda qeyd edilib. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadəedərək buradan yükləyin. Cihazınız yeni deyilsə və ya yenidən aktivləşdirilməyibsə aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Su qovşaqlarını yoxlayın
Soyuducunuzun buz hazırlama qabiliyyətində azalma və ya nasazlıq müşahidə edirsinizsə, su qovşaqlarını yoxlayın. Bu modeldən asılı olaraq dəyişə bilər. Əlaqələrin necə və harada olduğunu görmək üçün cihazınızın istifaçi təlimatındakı təlimatları izləyin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadəedərək buradan yükləyin. Bu əlaqələrin yerində və maneəsiz şəkildə olduğunu yoxlayın.
Buz hazırlayıcısının dolu olduğundan əmin olun
Əgər su təchizatı olmayan soyuducunuz varsa, buz hazırlayıcısına əlinizlə su tökməlisiniz. Su qabını yoxlayın və əgər boşdursa su əlavə edin.
Buz hazırlayıcısına maneə olub-olmaldığına baxın
Su hazırlayıcısının dəlikləri tıxana bilər. Buz hazırlayıcısından buz çıxmırsa buz dispenseri ilə olan bağlantılarda buzun tıxanıb-tıxanmadığını yoxlayın.
Buz hazırlayıcısının işlək olduğuna əmin olun
Soyuducunuzun buz hazırlayıcısı söndürülmüş ola bilər. İşlək olub-olmadığını yoxlayın və lazım gələrsə işlək vəziyyətə gətirin. Buz hazırlayıcısını necə yoxlamaq və işə salmağa baxmaq üçün istifadəçi təlimatınıza nəzər salın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadəedərək buradan yükləyin.
Su qabının dolu olduğuna əmin olun
Soyuducunuzun su qabının dolu olduğuna əmin olun. Soyuducunuzun buz hazırlamaqdakı probleminin səbəbi su çatışmazlığı da ola bilər.
Dondurucu kameranın qapısını tez-tez açmaqdan və ya uzun müddət açıq saxlamaqdan çəkinin
Soyuducunuzun lazımı miqdarda buz hazırlaya bilməsi üçün dondurucu kameranın içindəki tempraturu bir müddət müəyyən səviyyədə saxlamalıdır. Dondurucu kameranın qapısı tez-tez açılarsa və ya uzun müddət açıq saxlanılarsa dondurucu kameraya daxil olan isti hava daxildəki hava tempraturunu qaldıracaq. Buda buzun hazırlanması prosesini yavaşlada bilər.