Yemək israfını minimuma endirmək hər ailənin mübarizə apardığı bir döyüşdür. Məhsullarda son istifadə tarixinin olması yaxşı olsa da, bilirsiniz ki, qablaşdırmanı açdıqdan sonra işlər çox vaxt vəd olunduğu kimi davam etmir. Aşağıdakı məlumatlar, paket açıldıqdan sonra bir sıra qida növlərindən nə qədər istifadə etməli olduğunuzu qiymətləndirməyə kömək edəcəkdir.
Əlbətdə ki, qida məsələsində həmişə diqqətli olmaq lazımdır. Bu dəyərlər yalnız standart göstərici olaraq nəzərdə tutulub. Hər zaman ərzaqları və yaxud yeməkləri yoxlayın və iyləyin. Hər hansı bir bayatlama əlaməti varsa, yaxud yaxşı qoxu gəlmirsə, o zaman atın
*Aşağıda qeyd edilənlər yalnız göstəricidir və qablaşdırma açıldıqdan sonra məhsullara aiddir. Hər zaman məhsulun son istifadə tarixinə riayət edin.
Yumurtalar
Təzə halda: 3 - 5 həftə
Çiy halda sarısı, ağı: 2 - 4 gün
Çox qaynadılmış: 1 həftə
Supermarket Məhsulları
Yumurta, toyuq, ton balığı, makaron salatı: 3-5 gün
Hazır yeməklər: 3-4 gün
Doldurulmuş ət: 1 gün
Hamburger və qiymə
Hamburger, bişmiş ət və mal əti, donuz əti, hinduşka və quzu qiyməsi: 2-3 gün
Vetçina və konservləşdirilmiş mal əti
Konservləşdirilmiş mal əti: 5 - 7 gün
Bişmiş vetçina, bütöv: 7 gün
Bişmiş vetçina, dilimlər: 3- 5 gün
Qəlyanaltı və ət məhsulları
Bütün növlər: 3- 5 gün
Şorbalar və yeməklər
Tərəvəz/ət şorbaları və yeməklər: 3-4 gün
Donuz əti və kolbasa
Donuz əti və hisə verilmiş kolbasa: 7 gün
Kolbasa: 3-4 gün
Təzə ət
Tikə, doğranmış və qızartmalar: 3 - 5 gün
İçalat və sakatat (heyvanda ürək, böyrək, qaraciyər və s): 1 -2 gün
Bişmiş ət qalıqları
Bişmiş ət yeməkləri və qalıqları: 3-4 gün
Ət suyu və bulyon: 1-2 gün
Təzə quş əti
Toyuq və hinduşka, bütöv və ya hissələr şəklində (döşlər, budlar və s.): 1 - 2 gün
Bişmiş quş əti
Bütün növlər: 3- 4 gün
Balıq və qabıqlı balıq
Yağsız və yağlı balıq: 1-2 gün
Krivetka (xərçəng), taraklar, kalmar: 1- 2 gün
Bişmiş balıq: 3-4 gün
Hisə verilmiş balıq: 14 gün