Need more support?
Find FAQ's, video guides, articles and more.
Bir az ilhamlanmaq lazımdır?
Amerikan Stilli Soyuducular Bir Paltaryuyan Maşın Necə Qurulur Eat Like A Pro ReseptləriHeç bir nəticə tapılmadı!
Everything you need to know about
I need help with
Şəhərinizdəki hava keyfiyyətindən asılı olaraq, kondisioner filterlərinizi 3 aydan bir təmizləmək yaxşı bir təcrübədir. Əgər kondisionerin işləmə qabiliyyətinin azaldığını müşahidə edirsinizsə, kondisionerinizin filterlərini təmizləməyin vaxtı çatıb deməkdir.
Filterləri təmizləmək üçün istifadəçi təlimatınıza baxın, çünki hər modelin fərqli təlimatları ola bilər. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin.
Zəhmət olmazsa, buxarlandırıcı və kondensasiya halqalarının təmizlənməsi üçün səlahiyyətli xidmət şirkətinə müraciət edin.
Hava filtrində, buxarlandırıcı və kondensator halqalarının yığılması kondisionerinizin hava axınının azalmasına səbəb ola bilər. Bu filtrlər hər 3 aydan bir və ya performansı azalan zaman təmizlənməlidir. Hava filterləri çirkli və ya tıxanıbsa kondisioneriniz tərəfindən hasil olunan sərin hava otaqda düzgün şəkildə dövr etməyəcək. Filterləri təmizləmək üçün istifadəçi təlimatına müraciət edin, çünki hər bir model müxtəlif göstərişlərə malik ola bilər. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin. Buxarlandırıcı və kondensatorun halqalarını təmizləmək üçün səlahiyyətli xidmət şirkətinə də müraciət edə bilərsiniz.
Tüstü kondisionerdən gələn soyuq, quru havanın otağın daha isti, rütubətli havası ilə birləşməsindən yaranır. Bu normaldır və otağın tempraturu aşağı düşəndə yox olacaq.
Siqarət tüstüsünü və ya başqa pis qoxuları özünə çəkmiş kondisioner onu sadəcə geri çıxara bilər. Pis qoxu getməzsə, kondisionerinizin hava filteri, buxarlandırıcı və ya kondensasiya halqalarını təmizləməyə ehtiyac yaranacaqdır.
Hər model üçün müxtəlif təlimatlar olduğu üçün filteri təmizləməzdən əvvə istifadəçi təlimatınıza nəzər salın. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin. Zəhmət olmazsa, buxarlandırıcı və kondensasiya halqalarının təmizlənməsi üçün səlahiyyətli xidmət şirkətinə müraciət edin.
Səsin gəldiyi yeri tapmağa çalışın. Xarici blokdan gəlirsə, kondisionerinizi söndürün və havalandırıcıya mane olan bir şey olub—olmadığını yoxlayın. Əgər varsa, onu çıxarın və kondisionerinizi yenidən işə salın.
Səs daxili blokdan gəlirsə, kondisionerinizi söndürün. Ən çox ehtimal olunan səbəb, blokun içərisində uçan və digər hissələrə zərər verə bilən boşalan kondisioner parçasıdır. Bu vəziyyətdə cihazınızdan istifadəni dayandırın və səlahiyyətli xidmət şirkətinə müraciət edin.
Səsin gəldiyi yeri tapmağa çalışın. Səs xarici blokdan gəlirsə, ventilyatorun işlədiyinə əmin olmaq lazımdır. Daxili blok işlək vəziyyətdə olduqda ventilyator fırlanmırsa, səsin mənbəyi mühərrik ola bilər. Səs, həmçinin, rezin əsas və ya xarici hissənin birləşdirici parçalarından da gələ bilər. Bu parçalar vaxt keçdikcə yeyilə bilər, buna görə də hissə öz balansını itirə və işləyərkən uğultulu səs çıxara bilər. Hər iki halda avadanlıqdan istifadə dayandırılmalı və səlahiyyətli xidmət şirkəti ilə əlaqə saxlanmalıdır.
Səsin gəldiyi yeri tapmağa çalışın. Səs daxili blokdan gəlirsə, deməli, səs boşalmış vintlər və ya kondisionerin korpusundakı boltlardan gəlir. Kondisionerinizi söndürün və bu hissələri bərkidin.
Əgər səs xarici blokdan gəlirsə, kondisionerinizi söndürün və içinə yad cismin düşmədiyinə əmin olun. Kiçik daş və s. pərlərə dəyərək taqqıltı səsi verə bilər. Mümkündürsə, onları çıxarın.
Bu səsləri çıxararkən cihazınız normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müracət edin.
Səsin gəldiyi yeri tapmağa çalışın. Səs daxili blokdan gəlirsə, kondisionerinizi söndürün. Ən çox ehtimal olunan səbəb, blokun içərisində uçan və digər hissələrə zərər verə bilən boşalan kondisioner parçasıdır. Bu vəziyyətdə cihazınızdan istifadəni dayandırın və səlahiyyətli xidmət şirkətinə müraciət edin.
Əgər səs xarici blokdan gəlirsə, kondisionerinizi söndürün və içinə yad cismin düşmədiyinə əmin olun. Kiçik daş və s. pərlərə dəyərək taqqıltı səsi verə bilər. Mümkündürsə, onları çıxarın.
Bu səsləri çıxararkən cihazınız normal işləmirsə, səlahiyyətli xidmət şirkətinə müracət edin.
Whether you need product advice, went to purchase accessories or simply want to give feedback - we're here for you.
(888) 352-2356 Monday through Friday 8 a.m. - 5:30 p.m. CSTFind FAQ's, video guides, articles and more.