Kondisionerinizin ümumiyyətlə soyutmamasının və ya əvvəlki qədər soyutmamasının bir neçə səbəbi ola bilər. Xahiş edirik, aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Cihazın düzgün quraşdırıldığından əmin olun
Kondisioneriniz səlahiyyətli xidmət şirkətləri tərəfindən quraşdırılmalıdır. Quraşdırma və ya bölmələr arasındakı əlaqələr lazımi qaydada aparılmırsa, kondisioneriniz düzgün işləməyə bilər.
Cihazın uyğun bir yerə quraşdırıldığından əmin olun
Kondisionerinizin yanında istilik cihazı olarsa, bu onun fəaliyyətinə təsir göstərə bilər. Kondisionerinizi soba və plitə kimi istilik verən cihazların yanında quraşdırmaqdan çəkinin.
Kondisionerinizin soyutma gücünün otağın ölçülərinə uyğun olmasına əmin olun
Kondisioneriniz gücü çatandan daha böyük bir otaqda quraşdırılmış ola bilər. Kondisionerlərin fərqli BTU dəyərləri ola bilər, hansı ki əsasən cihazın soyutma gücünü müəyyən edir. Modelinizin xüsusiyyətlərini nəzərdən keçirin və onu quraşdırıldığı otağın ölçüsü ilə müqayisə edin. Cihazınızın dəyişdirilməsi və ya yerinin dəyişdirilməsinə ehtiyac ola bilər.
İstilik parametrlərini yoxlayın
Kondisonerinizin soyuq hava vurması üçün otağın hazırki tempraturundan daha aşağı tempratur dərəcəsi quraşdırılmalıdır. Quraşdırılmış tempraturu yoxlayın və daha soyuq hava istəyirsizsə onu aşağı salın.
Filterlərin çirkli və ya tıxanmış olub-olmadığını yoxlayın
Hava filterləri hər 3 aydan bir və ya fəaliyyəti zəiflədikdə yoxlanılıb təmizlənməlidir. Hava filterləri çirkli və ya tıxanıbsa kondisioneriniz tərəfindən hasil olunan sərin hava otaqda düzgün şəkildə dövr etməyəcək. Filterləri təmizləmək üçün istifadəçi təlimatına müraciət edin, çünki hər bir model müxtəlif göstərişlərə malik ola bilər. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin. Buxarlandırıcı və kondensatorun halqalarını təmizləmək üçün səlahiyyətli xidmət şirkətinə də müraciət edə bilərsiniz.
Buxarlandırıcı və ya kondensator halqalarının çirkli və ya tıxanıq olmasına baxın
Buxarlandırıcı və kondensatorun halqalarında çirklərin yığılması kondisionerinizin məhsuldarlığının azalmasına gətirib çıxarır. Filterləri təmizləmək üçün istifadəçi təlimatına müraciət edin, çünki hər bir model müxtəlif göstərişlərə malik ola bilər. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin. Buxarlandırıcı və kondensatorun halqalarını təmizləmək üçün səlahiyyətli xidmət şirkətinə də müraciət edə bilərsiniz.
Hava giriş və çıxış boşluqlarında maneə olub-olmadığını yoxlayın
Kondisioneriniz giriş havalandırma kanallarından havanı alır və çıxış dəlikləri vasitəsilə buraxır. Havalandırma kanalları içində hər hansı bir maneə ( pərdə, ev əşvaları və s. kimi) və ya yığılmış çirk hava axınının qarşısını ala bilər. Kanalları yoxlayın və ehtiyac olduğu halda təmizləyin. Kondisionerinizin xarici bloku olsa da, onun kanallarını yoxlamalısız.
Havanın otaqdan çıxmamasına nəzarət edin.
Kondisionerinizin düzgün işləməsi üçün otağınızdakı hava axınının məhdudlaşdırılması lazımdır. Yaxınlıqdakı pəncərələri, qapıları və havalandırma yerlərini yoxlayın. Soyuq havanın otaqdan çıxmaması üçün onları bağlayın.
Otağın tempraturunun çox yüksək olmasına diqqət yetirin
Otağın soyuması xüsusilə də isti və rütubətli havalarda müəyyən vaxt ala bilər. Belə günlərdə kondisionerinizə otaqdakı havanı soyutmağa bir müddət icazə verin. Beko kondisionerlərində havanı daha tez soyutmağa imkan verən Jet Mode adlı bir funksiya var.
Ventilyator Rejiminin aktiv olub-olmadığına nəzər yetirin
Ventilyator Rejimi seçilərsə, hava cihazınızdan soyudulmadan və ya qızdırılmadan çıxacaq. Əməliyyat rejimini soyutma rejiminə keçirin.
Kondisionerinizin soyuducu maddəsinin (freon) azalması və ya tükənməsinə nəzər yetirin.
Kompressorda freon çatışmazlğı yarana bilər. Bu halda, kompressorunuzun yoxlanılması və ehtiyac olduğu halda yenidən doldurulması üçün İxtisaslı Servis Nümayəndəsi ilə əlaqə saxlayın.
Texniki problemləri nəzərdən keçirin
Əgər problem hələ də davam edirsə, kondisionerinizdə texniki problem ola bilər. Bundan şübhələnirsinizsə, Səlahiyyətli Xidmət Şirkətinə ilə müraciət edin.