Kondisionerinizin daxili hissəsində su sızmasının bir neçə səbəbi var. Kondisioneri söndürün və aşağıdakılardan birinin bu problemi həll edib-etməyəcəyinə nəzər salın.
Cihazın düzgün quraşdırıldığından əmin olun
Kondisioneriniz səlahiyyətli xidmət şirkətləri tərəfindən quraşdırılmalıdır. Quraşdırma və ya bölmələr arasındakı əlaqələr lazımi qaydada aparılmırsa, kondisioneriniz düzgün işləməyə bilər.
Filterlərin çirkli və ya tıxanmış olub-olmadığını yoxlayın
Hava filterləri hər 3 aydan bir və ya fəaliyyəti zəiflədikdə yoxlanılıb təmizlənməlidir. Hava filterləri çirkli və ya tıxanıbsa kondisioneriniz tərəfindən hasil olunan sərin hava otaqda düzgün şəkildə dövr etməyəcək.
Filterləri təmizləmək üçün istifadəçi təlimatına müraciət edin, çünki hər bir model müxtəlif göstərişlərə malik ola bilər. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulun model nömrəsini istifadə edərək buradan yükləyin.
Buxarlandırıcı və kondensatorun halqalarını təmizləmək üçün səlahiyyətli xidmət şirkətinə də müraciət edə bilərsiniz.
Boru qovşaqlarını yoxlayın
Drenaj borularını və onların qovşaqlarını yoxlayın. Əgər onlar düzgün şəkildə sıxılmayıbsa, su sızması baş verə bilər. Drenaj şlanqı aşağıya baxaraq qoyulmalı və suyun düzgün axması üçün qatlanmamalı və ya əyilməməlidir.
Texniki problemləri nəzərdən keçirin
Əgər problem hələ də davam edirsə, kondisionerinizdə texniki problem ola bilər. Bunun problem olacağını düşünürsüzsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.