Bir az ilhamlanmaq lazımdır?
Amerikan Stilli Soyuducular Bir Paltaryuyan Maşın Necə Qurulur Eat Like A Pro ReseptləriHeç bir nəticə tapılmadı!
Avropa İttifaqının məişət avadanlıqları üçün hazırladığı enerji qaydalarında yeniliklər var.
1 mart 2021-ci ildən etibarən bütün enerji səviyyələri A+, A++ və A+++ əvəzinə A-dan G-yə kimi qeyd ediləcək.
Beləliklə, sənaye artıq məişət cihazlarının ətraf mühitə uyğunluğunu və enerji səmərəliliyini həmişəkindən daha çox diqqət mərkəzində saxlayacaq.
Beko-nun atdığı hər addımda sağlam həyat tərzi və sağlam planet ideyası ilk sırada gəlir.
Sağlam yaşayaq ki, dünyamız da sağlam olsun.
İstehlakçılara məlumat vermək, eləcə də innovativ və ətraf mühitə uyğun brendlərin təbliğinə daha çox diqqət ayırmaq bizim üçün sevindirici haldır.
Çünki sağlam həyat sağlam insanlar və sağlam planet deməkdir!
Enerji qaydalarındakı dəyişikliklər nəticəsində istehlakçı davranışına daha yaxşı uyğunlaşmaq üçün yeni enerji etiketləri yeniləndi və 3 qrup məişət cihazlarına tətbiq edildi:
Yeni Enerji Etiketlərini artıq
bir baxışdan anlamaq daha asandır
Köhnə enerji dərəcələri D-dən A +++ səviyyəsinə yüksəlirdi. Baxmayaraq ki, A+ dərəcəsi bu sinfin minimum səviyyəsidir, məlumatsız istehlakçı onu asanlıqla daha səmərəli məhsul kimi qəbul edə bilərdi. İndi dərəcələr daha sadə və asan başa düşülən A-dan G-yə sisteminə əsaslanır. A ən yuxarı, G isə ən aşağı dərəcədir. Enerji səmərəliliyində əvvəllər A +++ ilə nişanlanan məhsulun dərəcəsi dəyişiklikdən sonra B olacaq.
Bundan əlavə, cihazlarda səs səviyyəsi tamamilə yenilənmiş A-dan D-yə kimi sistemi ilə dərəcələrə bölünəcək. Əvvəllər məhsulun yalnız dB(A) üzrə səs səviyyəsi qeyd edilirdi. Desibel məlumatları ilə yanaşı, dəqiq göstərilən dərəcəni bütün istifadəçilər daha yaxşı başa düşür və müqayisə edə bilirlər.
Etiketlərdə QR kod da olacaq. İstehlakçılar bu kodu mobil telefonlarından skan edərək məhsullar haqqında əlavə və rəsmi (qeyri-kommersiya) məlumatlar öyrənə bilərlər.
Yeni qaydalarda enerji səmərəliliyi ilə yanaşı, enerji istehlakı da istehlakçılara ətraflı şəkildə izah edilir. Bu dəyişiklikdən sonra istehsalçıların A və B dərəcələrini əldə etməsi kəskin şəkildə çətinləşib.
Burada məqsəd, xüsusilə, qabaqcıl brendləri innovativ və enerjidən qənaətlə istifadə edən məhsullara investisiya qoymağa təşviq etməkdir. Yəni, ətraf mühitə uyğun və enerjiyə qənaətli məhsulların daha az enerji istehlakı ilə istehsalı davam edəcək.
Enerji qaydaları və etiketləri müxtəlif avadanlıq kateqoriyalarında fərqli formada tənzimlənir.
Enerji etiketlərindəki enerji dərəcələri və digər vacib məlumatlar fərqli kateqoriyaların iş prinsiplərinə uyğun olaraq müəyyən edilir.
Məsələn, paltaryuyan maşının enerji etiketindəki məlumatlar soyuducu-dondurucunun enerji etiketinin məlumatları ilə eyni deyil.
Qaydalardakı dəyişikliklərin kateqoriyalara necə təsir etdiyini öyrənmək üçün hər bir avadanlığın altındakı linklərə daxil olun.