Tozsoranınızın sorma gücünü itirməsinin bir neçə səbəbi var. Xahiş edirik, bu problemi aşağıdakılardan birinin həll edib-etməyəcəyinə nəzər salın.
Toz qabını və ya torbasını yoxlayın
Tozsoranınız sorma gücünü itiribsə, qabı boşaltmağın və ya toz torbasını dəyişdirməyin vaxtı gəlib. Bir çox Beko tozsoranı toz torbasının dolu olduğunu göstərən göstərici işığına malik olur. Bu toz torbanızın dəyişdirilməsinə ehtiyac olub-olmadığını izah etməyin ən etibarlı yoludur.
Filtrlərin tıxanıb-tıxanmadığına baxın
Tozsoranlar müxtəlif süngər və ya tor filtrləri ilə təchiz olunub. Düzgün təmizlənməsə və ya dəyişdirilməsə, bunlar zamanla tıxana bilər. Bu, tozsoranınızın sorma gücünü itirməsinə səbəb olacaqdır. Tozsoran filterlərinizə qulluq barədə ümumi məlumat üçün buraya baxın.
Tozsoran filterləriniz haqqında daha çox məlumat üçün istifadəçi təlimatınıza müraciət edin. İstifadəçi kitabçanızı tapmaqda çətnlik çəkirsinizsə, məhsulunuzun model nömrəsindən istifadə edərək buradan endirə bilərsiniz.
Xortumda tıxanma olub-olmadığını yoxlayın
Tıxanmış xortum tozsoranınızın sorma gücünü itirməsinə səbəb olacaqdır. Hava axınını məhdudlaşdıran kənar cisim, toz və ya saç yığınının olub-olmadığını görmək üçün xortumu və əlavə hissələrini ayırın. Uzun bir çubuq və ya süpürgə tutacağı ilə xortumun tıxanıqlığını aça bilərsiniz.
Xortumda çat və ya qırıq olub-olmadığını yoxlayın
Xortumun zədələnmədiyini yoxlayın, çünki havanın çatdan və ya qırıqdan keçməsi sorma gücü itkisinə səbəb ola bilər. Xortumda çatlamış hissə tapsanız, səlahiyyətli xidmət şirkətinə müraciət edin.
Tıxanma üçün fırçanı və ya çarxı yoxlayın
Fırçanı tərs çevirin və fırçanı və ya çarxı təmizləyin. Vaxt keçdikcə toz və ya saç tıxanması və ya ilişməsi tozsoranınızın sorma gücünü itirməsinə səbəb ola bilər. Daha asan təmizlənməsi üçün bəzi fırçaları ayırmaq mümkündür. Çıxarıla bilən hissələr üçün hər bir modelin fərqli təlimatları ola biləcəyi üçün təlimat kitabçanıza müraciət edin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.
Bütün hissələrin düzgün şəkildə bağlandığından əmin olun
Boş bağlama tozsoranın sorma gücünü itirməsinə səbəb olacaqdır. Toz qabının və ya torbanın, xortumun, borunun və fırçanın hamısının düzgün şəkildə bağlandığından əmin olun.
Texniki problemləri nəzərdən keçirin
Problem davam edərsə, tozsoranınızda texniki problem ola bilər. Bunun problem olacağını düşünürsüzsə, səlahiyyətli xidmət şirkətinə müraciət edin.