Tozsoranlar müxtəlif süngər və ya tor filtrləri ilə təchiz olunub. Bəziləri təmizlənə və yenidən istifadə edilə bilər, digərləri isə zaman-zaman dəyişdirilməlidir. Baxmayaraq ki, bu növlərin işlənmə tezliyi sizin tozsoranlama vərdişlərinizdən asılıdır, aşağıda bəzi ümumi qaydalar qeyd olunub.
Quraşdırma və təmizləmə zamanı cihazı elektrik şəbəkəsindən ayırın. Tozsoran filterləriniz haqqında daha çox məlumat üçün istifadəçi təlimatınıza müraciət edin. Təlimatınızı tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuzun model nömrəsini istifadə edərək buradan yükləyin.
Yenidən istifadə edilə bilən Filterlər
Yenidən istifadə edilə bilən filterlər təmizlənə, hətta su altında yuyula da bilər. Onlar adətən süngərdən hazırlanır və tozsoranınızda sorma gücünün azaldılması əlamətləri müşahidə olunduqda təmizlənməyə ehtiyac duyulur. Filterləri yenidən quraşdırmazdan əvvəl onların tam qurudun.
HEPA Filterləri
HEPA və ya yüksək təsirə malik hava filterləri 0,3 mikron ölçüdə olan kiçik hissəcikləri belə filterləyərək yığır və tozsoranınızın tullantılar olan hissəsindən yenidən havaya qayıtmasının qarşısını alır. Tozsoranınızın HEPA filterlərini hər 6 aydan bir dəyişdirmək məsləhətdir. Xahiş edirik yalnız rəsmi dilerlər və xidmət mərkəzləri tərəfindən satılan filterlərdən istifadə edin.
Mütəmadi olaraq filterlərinizi yoxlayın
Nəzərə alın ki, tıxanmış filterlər cihazınızın sorma gücünün və məhsuldarlığının azalmasına gətirib çıxaracaq, həmçinin içəridə hava axınını məhdudlaşdıracaq ki, bu da tozsoranınızın həddən artıq qızmasına səbəb olacaq. Nəticədə, tozsoranın hissələri və ya mühərriki zədələnə bilər. Filterlərinizin vəziyyətinə mütəmadi olaraq nəzarət edin və lazımi tədbirlər görün.